Formula W seriyasının səkkiz mərhələli təqvimi açıqlanıb
Formula W seriyasının təşkilatçıları 2021-ci il mövsümü üçün təqvimin ilkin versiyasını təqdim ediblər.

Təqvimə, hələlik səkkiz mərhələ daxil edilib və hər biri Formula 1 həftəsonu yarış günlərində baş tutacaq.

Bu mərhələlər Le Kastelle (Fransa, 26 iyun), Şpilberq (Avstriya, 3 iyul), Silverstoun (Böyük Britaniya, 17 iyul), Budapeşt (Macarıstan, 31 iyul), Spa (Belçika, 28 avqust), Zandfort (Hollandiya, 4 avqust), Ostin (ABŞ, 23 oktyabr), Mexikoda (Meksika, 30 oktyabr) keçiriləcək.

Qeyd edək ki, Formula W seriyasında qadın pilotlar iştirak edirlər.

Xəbər 406 dəfə oxundu.