Koronavirusdan yeni sağalan Luka Yoviç zədələnib
İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Luka Yoviç zədələnib.

22 yaşlı hücumçu sağ budundan zədə alıb. Serbiyalı oyunçunun bərpa müddətinin daha sonra bilinəcəyi vurğulanıb.

Qeyd edək ki, L.Yoviç koronavirusdan ötən həftə sağalıb. O, bu mövsümdə Madrid təmsilçisinin heyətində keçirdiyi 32 matçda 2 dəfə fərqlənməyi bacarıb.

Xəbər 412 dəfə oxundu.