“Red Bull” Corc Rasselli heyətinə qata bilər
Formula 1-də mübarizə aparan “Red Bull” komandası qarşıdakı illərdə “Uilyams”ın pilotu Corc Rasselli heyətinə qata bilər.

Bu barədə Almaniyanın RTL telekanalı məlumat yayıb. Avstriya komandası Sahir Qran-Prisinin qalibi olan Serxio Peresi də sıralarında görmək istəyir. Amma komandada əsas söz sahibi olan Helmut Marko ilə Kristian Horner C.Rassellin keçidində israrlıdır.

C.Rassell hazırda “Mercedes”in gələcək layihəsinin bir hissəsidir. Yaxın vaxtlarda “Mercedes” bu pilotla müqavilə imzalamasa, “Red Bull” bundan yararlana bilər. Valtter Bottasla müqaviləsini yeniləyən Almaniya komandası növbəti mövsüm Rassellin xidmətindən yararlanmayacaq. Belə olan məqamda “Red Bull” üçün onu “Uilyams”dan heyətinə cəlb etmək elə də problemə çevrilməyəcək.

Xatırladaq ki, Rassell Sahir Qran-Prisində “Mercedes”in heyətində debüt etdi. Corc hətta müəyyən səhvlərə yol verməsəydi, yarışı qalib kimi də başa vura bilərdi.

Xəbər 399 dəfə oxundu.