Gələn il bədii gimnastika üzrə Avropa çempionatına Bolqarıstan ev sahibliyi edəcək
Gələn il bədii gimnastika üzrə Avropa çempionatı Bolqarıstanda təşkil olunacaq.

Qitə birinciliyi iyunun 9-13-də Varna şəhərində keçiriləcək.

Lisenziya xarakterli çempionatda birinci olan gimnastlar "Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, ötən ay Kiyevdə təşkil olunan qitə birinciliyində Azərbaycan milli komandası 3 medal qazanıb. Komandamız qrup hərəkətlər üzrə çoxnövçülükdə gümüş, 3 halqa və 2 gürzlə hərəkətlərdə isə bürünc medal əldə edib. Bundan başqa, Azərbaycan millisi komanda hesabında bürünc medala sahib olub.

Xəbər 491 dəfə oxundu.