“Turan” baxışa daha bir futbolçu cəlb edib
Hazırlığını ölkə daxilində davam etdirən “Turan” baxışa daha bir futbolçu cəlb edib. Anar Nəzirovun “Qəbələ”yə qayıdışından sonra qapıçı axtaran “Turan” bunu Gürcüstanda tapıb.

İdman.com.az saytının məlumatına görə, vaxtilə “Sioni”də oynamış Vladimir Zuqbaya baxışa dəvət olunub. 25 yaşlı qolkiperlə bağlı qərar yaxın günlərdə veriləcək. Onunla yanaşı düşərgəyə “Qaradağ Lökbatan”da çıxış edən Bayram Kərimov da təşrif buyurub. Məlumat üçün deyək ki, Vladimir öz ölkəsində “Torpedo”, “Zestafoni”, “VIT Georgiya”, “Metallurq”, “Dila”, “Dinamo” klublarında oynayıb. Əsasən aşağı liqada mübarizə aparan futbolçu yüksək liqada cəmi bir matça çıxıb.

Xəbər 932 dəfə oxundu.