“Qarabağ”ın futbolçusu Abdulla Zubir Türkiyə komandalarının maraq dairəsinə düşüb
Ağdamın “Qarabağ” klubunun aparıcı futbolçusu Abdulla Zubir Türkiyə komandalarının maraq dairəsinə düşüb.

Türkiyə Super Liqasının iki klubu fransalı yarımmüdafiəçi ilə maraqlanmağa başlayıb. Bunlardan biri Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”dur. Bundan başqa Super Liqanın debütantı “Hatayspor” da Zubiri növbəti mövsüm üçün transfer siyahısına salıb.

Qeyd edək ki, adıçəkilən klub mövsümün əvvəlində Qurban Qurbanovu baş məşqçi kimi dəvət etmişdi. Həm “Sivaspor”, həm də “Hatayspor” rəsmilərinin mövsümün sonunda Abdulla Zubirlə bağlı “Qarabağ”la danışıqlara başlayacağı gözlənilir.

Xəbər 369 dəfə oxundu.