Avstraliyanın Kvinslend ştatı “Olimpiada-2032”yə ev sahibliyi etmək üçün müraciət edəcək
Paytaxtı Brisblen olan Avstraliyanın Kvinslend ştatı 2032-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edəcək. Proses əvvəllər koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.

Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti, Avstraliya Olimpiya Komitəsinin rəhbəri Con Kouts və Kvinslenqin Baş naziri Anastasiya Palaşuk arasındakı görüşdən sonra elan edilib.

C.Kouts COVID-19-un Avstraliyada yayılmasının nəzarət altında olduğunu bildirib. O, qeyd edib ki, Olimpiadanın təşkilinə hökumət səviyyəsində və yerli əhali arasında dəstək var. Eyni zamanda, yeni iş yerləri və infrastruktur yaratmaq da hədəfdədir.

Avstraliyalılar tərəfindən planlaşdırıldığı kimi, olimpiadanın əsas hissəsinin Brisban, eləcə də kurort zonaları Qold Kost və Sanşayn Kost qəbul etməlidir. Bundan əlavə, əyalətdəki digər şəhərlər də Oyunlara cəlb oluna bilər. İdman infrastrukturunun əhəmiyyətli bir hissəsinin hazır olduğu bildirilir.

Qeyd edilib ki, ən böyük investisiya nəqliyyat sistemi üçün tələb olunacaq. Ümumi hesablamalara görə, yarışlara hazırlıq çərçivəsində 129 minə qədər əlavə iş yeri yaradılacaq və eyni zamanda, ştat iqtisadiyyatına ciddi investisiyalar cəlb ediləcək. Dövlət büdcəsindən dotasiya təqribən bir milyard dollar təşkil edə bilər.

Avstraliya artıq Olimpiya Oyunlarına ev sahibliyi etmək təcrübəsinə sahibdir. Belə ki, 1956-cı ildə yarışa Melburn, 2000-ci ildə Sidney ev sahibliyi edib.

Xəbər 404 dəfə oxundu.