“Barselona”-“Yuventus”: Messi və Ronaldo bəlkə də bu gün sonuncu dəfə qarşılaşacaqlar
Dekabrın 8-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start veriləcək.

İki günü əhatə edəcək turun ilk oyun günündə E, F, G və H qruplarında yer alan komandalar qarşılaşacaqlar.

G qrupunda birinci yer uğrunda “Yuventus” və “Barselona” klubları qarşılaşacaqlar. Qrupun digər matçında Macarıstanın “Ferentsvaroş” klubu Kiyevdə “Dinamo”nun qonağı olacaq. Bu görüşün nəticəsində mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək komanda müəyyənləşəcək.

Türkiyə təmsilçisi “Başakşəhər” səfərdə “Paris Sen-Jermen” klubu ilə üz-üzə gələcək. Turun maraqla gözlənilən görüşlərindən biri də bu qrup çərçivəsində oynanılacaq. “Leyptsiq” komandası Almaniyada “Mançester Yunayted” ilə qarşılaşacaq. Eyni - 9 xala malik komandalardan “qırmızı şeytanlar”a heç-heçə sərf etdiyi halda, meydan sahiblərini yalnız qələbə maraqlandırır.

Günün digər görüşləri aşağıdakılardır:

E qrupu

“Renn” (Fransa) – “Sevilya” (İspaniya);

“Çelsi” (İngiltərə) – “Krasnodar” (Rusiya).

Xal durumu: “Çelsi” - 13, “Sevilya” - 10, “Krasnodar” - 4, “Renn” - 1.

F qrupu

“Latsio” (İtaliya) – “Brügge” (Belçika);

“Zenit” (Rusiya) – “Borussiya” (Dortmund, Almaniya).

Xal durumu: “Borussiya” D - 10, “Latsio” - 9, “Brügge” - 7, “Zenit” - 1.

Turun digər səkkiz oyunu dekabrın 9-da keçiriləcək.

Qeyd edək ki, İngiltərənin “Çelsi”, “Mançester Siti”, “Liverpul”, İspaniyanın “Sevilya” və “Barselona”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İtaliyanın “Yuventus” və Portuqaliyanın “Portu” klubları səkkizdəbir finala artıq təmin ediblər.

Xəbər 351 dəfə oxundu.