“Paris-2024” Yay Olimpiya Oyunlarında medalların sayı azaldılıb
“Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında medalların sayı azaldılıb.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax mətbuat konfransında məlumat verib. Medalların sayının 339-dan 329-a endirildiyini vurğulayan T.Bax iştirakçıların sayının 10 min 500 nəfərədək məhdudlaşdırıldığını da deyib. Bu, “Tokio-2020”də iştirak edəcək idmançıların sayından 600 nəfər azdır.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti onu da bildirib ki, ilk dəfə olaraq Paris Olimpiadasında gender bərabərliyi təmin ediləcək.

XXXIII Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Fransa paytaxtı 1900-cü və 1924-cü illərdə müvafiq olaraq II və VII olimpiadalara ev sahibliyi edib. Beləliklə, Paris Londondan sonra Olimpiya Oyunlarına üç dəfə ev sahibliyi edən ikinci şəhər olacaq.

Xəbər 412 dəfə oxundu.