“Könüllülər dekadası” çərçivəsində növbəti onlayn görüş təşkil edilib
Dekabrın 7-si “Könüllülər dekadası” çərçivəsində “Gənclər və İdman idarələrində könüllülük təcrübəsinin təşkili” mövzusunda növbəti onlayn görüş keçirilib.

“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə çıxışında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin gördüyü işlərin və könüllülər üçün yaradılan imkanların xüsusi seçildiyini bildirib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxışında idarənin keçirdiyi Şəhidlərin adını daşıyan idman yarışlarından, seminarlardan danışaraq bu tədbirlər zamanı könüllülərin verdiyi dəstəyi qiymətləndirib. Öz könüllülük fəaliyyətindən bəhs edən Nəcəf Novruzov gəncləri hər zaman gördükləri işi daha ürəkdən etmələrini və bunun nəticəsində daha çox nailiyyət qazanacaqlarını vurğulayıb.
Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov çıxışında keçmiş könüllülük təcrübəsinin indiki fəaliyyətində ona qazandırdığı müsbət keyfiyyətlərdən bəhs edib.

Xəbər 474 dəfə oxundu.