Robert Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu seçilib
Polşa millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

Futbolçu “FourFourTwo” nəşrinin keçirdiyi sorğunun qalibi olub.

101 ölkənin hərəsindən bir jurnalistin qatıldığı səsvermədə R.Levandovski bütün rəqiblərini qabaqlayıb.

2020-ci ildə “Bavariya” ilə Almaniya çempionu, kubok və Superkubokun qalibi olan hücumçu Çempionlar Liqası və UEFA Superkubokunu da başı üzərinə qaldırıb.

Qeyd edək ki, Levandovski Çempionlar Liqası, Bundesliqa və Almaniya kubokunda mövsümün bombardiri adına yiyələnib.

Xəbər 403 dəfə oxundu.