Xüsusi Qış Olimpiya Oyunlarına könüllülərin müraciəti başlayıb
Kazanda keçiriləcək 2022-ci il Xüsusi Qış Olimpiya Oyunlarına könüllülərin müraciəti başlayıb.

Bu barədə Rusiya Federasiyası İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.

Könüllülərin müraciəti 2021-ci ilin mayınadək davam edəcək. Kazan sakinləri 14 yaşından, Rusiya bölgələrinin sakinləri və xarici vətəndaşlar - 18 yaşından etibarən Oyunlarda könüllü qismində iştirak edə bilərlər.

Yarışlar yanvarın 22-28-də Kazanda keçiriləcək. Xüsusi Qış Olimpiya Oyunları 1968-ci ildən hər il keçirilir.

Xəbər 385 dəfə oxundu.