"Neftçi" - "Zestafoni" oyununun hakimləri
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 17-də keçiriləcək "Neftçi" - "Zestafoni" (Gürcüstan) qarşılaşmasının ədalət təmsilçilərinin tam siyahısı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, sabah saat 21:00-da başlayacaq görüşün baş hakimi Mariuş Avrama həmyerliləri kömək edəcək. Görüşün hakim-inspektoru isə Maltadan olacaq. Qarşılaşma AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək

Baş hakim: İonut Marius Avram
Baş hakimin köməkçiləri: Miklos İstvan Nagy, Sebastian Eugen Gheorghe
Dördüncü hakim: Dragos İstrate
(Hakimlər briqadası Rumıniyadandır)
Hakim-inspektor: Victor Mintoff (Malta)
affa.az

Xəbər 889 dəfə oxundu.