Kriştiano Ronaldo yenidən “Mançester Yunayted”də çıxış edə bilər
İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo yenidən “Mançester Yunayted”də çıxış edə bilər.

Bunu İngiltərə klubunun titul sponsoru olan “Chevrolet” şirkəti istəyir. Belə ki, kluba sponsorluq edən şirkət Portuqaliya yığmasının ulduz futbolçusunun İtaliyanın “Yuventus” klubundan transferini maliyyələşdirməyi qərara alıb. Şirkətə görə, kommersiya baxımından bu transfer uğurlu sayıla bilər.

Ronaldonun “Yuventus”la hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Xəbər 399 dəfə oxundu.