Meksikalı pilot Serxio Peres rekorda imza atıb
Formula 1 Sahir Qran-Prisinin qalibi olan meksikalı pilot Serxio Peres rekorda imza atıb.

Karyerasında birinci qələbəsini qazanan S.Peres bu uğura 190-cı yarışda nail olub.

Əvvəllər rekord avstraliyalı pilot Mark Uebberə məxsus idi. Belə ki, pilot 130-cu yarışda qalib olmuşdu. Həmin qələbə 2009-cu ildə Almaniya Qran-Prisinə təsadüf etmişdi.

Qeyd edək ki, 87 dövrə vuran pilotların yarışında “Racing Point” komandasının meksikalı üzvü Serxio Peres birinci olub. İlk üçlüyü "Reno" komandasının pilotu Esteban Okon və "Racing Point"in digər üzvü Lens Stroll tamamlayıblar. S.Peres karyerasında ilk qələbəsini, E.Okon isə podiumunu qazanıb. Həmçinin S.Peres ilk meksikalı pilotdur ki, 1970-ci ildən sonra qələbə qazanmağı bacarıb.

Xəbər 409 dəfə oxundu.