Avropa Şahmat İttifaqının Baş Assambleyası keçiriləcək
Dekabrın 19-da Avropa Şahmat İttifaqının (ECU) Baş Assambleyası keçiriləcək.

Sayca 35-ci Assambleyada pandemiya dövründə yaranmış mövcud vəziyyət, 2021-2022-ci illər üçün yarışların təqvimi və növbəti il üçün qurumun büdcəsi müzakirə olunacaq.

Onlayn formatda keçiriləcək Assambleyada Azərbaycan Şahmat Federasiyasının rəsmiləri də iştirak edəcəklər.

Xəbər 395 dəfə oxundu.