Sərbəst güləş üzrə yığmamız Türkiyədə təlim-məşq toplanışında iştirak edir
Dekabrın 12-dən 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları keçiriləcək.

Yarışda ölkəmizi təmsil edəcək sərbəst güləş üzrə yığmamız Türkiyədə təlim-məşq toplanışı keçir. Qardaş ölkənin milli komandası ilə birgə baş tutan hazırlıq prosesi dekabrın 1-də start götürüb.

Komandamız baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Ankarada həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. İki ölkənin millisinin birgə təlim-məşq toplanışı dekabrın 14-dək davam edəcək.

Qeyd edək ki, fərdi dünya kubokunda sərbəst güləşçilər yarışın son günlərində - dekabrın 16-18-də mübarizə aparacaqlar.

Xəbər 475 dəfə oxundu.