Futbol üzrə Azərbaycan Premyer Liqası ilə bağlı videokonfrans keçiriləcək
Dekabrın 7-də AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək.

Azsport.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, toplantı milli assosiasiyanın təşəbbüsü ilə gerçəkləşəcək.

İclasda koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII turunun oyunlarının təxirə salınması çağırılıb.

Xəbər 398 dəfə oxundu.