Futbol üzrə klublararası dünya çempionatı gələn il Yaponiyada təşkil olunacaq
Futbol üzrə klublararası dünya çempionatı gələn il Yaponiyada təşkil olunacaq.

Turnirdə 7 klub birincilik uğrunda mübarizə aparacaq. Yarışın 2021-ci ilin ikinci yarısında keçilməsi nəzərdə tutulur.

Gələn il keçiriləcək çempionatdan sonrakı yarışın reqlamenti dəyişdiriləcək. Belə ki, dörd ildən bir keçiriləcək turnirdə 24 komanda mübarizə aparacaq.

Klublararası qitə birinciliyinin sonuncu qalibi “Liverpul” komandasıdır.

Xəbər 410 dəfə oxundu.