“Sumqayıt” futbol klubunun üzvlərində koronavirus aşkar olunub
“Sumqayıt”ın 18 futbolçusunda COVID-19 virusu aşkar olunub, məşqlər dayandırılıb. Komanda üzvlərinin verdiyi testinin nəticəsi səbəbindən belə qərar qəbul edilib.

Əsas komandasının heyətindəki futbolçulardan 18-nin, eyni zamanda 2 inzibati heyət işçisinin test nəticəsi pozitiv çıxıb. Testi pozitiv çıxan futbolçular karantinə alınıb, artıq müalicəyə cəlb olunub.

"Sumqayıt” futbol klubu Peşəkar Futbol Liqasına müraciət edərək "Zirə” ilə matçın təxirə salınmasını istəyib.

Xəbər 387 dəfə oxundu.