AFFA Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn konfrans keçirib
AFFA könüllülərinin iştirakı ilə 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn konfrans keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda il ərzində xüsusi fəallığı ilə seçilən 339 ən aktiv könüllü iştirak edib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxışına konfrans iştirakçılarını Vətən müharibəsindəki qələbə münasibətilə təbriklə başlayıb. Eyni zamanda, 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans iştirakçılarını təbrik edən E.Məmmədov AFFA könüllülərinin 11 illik fəaliyyətini yüksək dəyərləndirib. Qarşıda gözlənilən böyük tədbirləri, könüllülərin işinin hər zaman AFFA-nın diqqətində olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra "Avro-2020"nin könüllülərinin səfiri aktyor və videobloqqer Taleh Yüzbəyov çıxış edərək könüllüləri Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, qarşıdakı günlərdə il ərzində aktiv könüllülərə könüllülər günü ilə əlaqədar sertifikatlar təqdim olunacaq.

Xəbər 442 dəfə oxundu.