"Vilyarrel" klubu "Qarabağ"la oyuna itkilərlə çıxacaq
İspaniyanın "Vilyarreal" klubu "Qarabağ"la keçirəcəyi UEFA Avropa Liqasının VI tur matçına itkilərlə çıxacaq.

Hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomes də zədə səbəbindən oynaya bilməyəcək. Hər iki futbolçu La Liqanın XI turunun "Real Sosyedad"la görüşündə zədələnib.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər 407 dəfə oxundu.