Azərbaycan millisinin futbolçusu Maksim Medvedev Vətənə qayıdıb
Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Maksim Medvedev Vətənə qayıdıb.

Yoxlama görüşündə Sloveniya (11 noyabr - 0:0), Millətlər Liqasında isə Monteneqro ilə (14 noyabr – 0:0) qarşılaşmadan sonra noyabrın 16-da Lüksemburqla matç (0:0) üçün adıçəkilən ölkəyə yollanan heyətdə yer alan 31 yaşlı sağ cinah oyunçusu koronavirusa yoluxduğu üçün orada qalmışdı.

Ötən 18 günü Lüksemburqdakı otellərin birində təcrid vəziyyətində keçirən futbolçu dekabrın 4-də Bakıya qayıdıb. Artıq koronavirusdan sağalan Maksim özünü tam sağlam hiss etdiyini və tezliklə komandaya qoşulacağını söyləyib.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində dekabrın 6-da “Qəbələ”yə qarşı keçirəcək.

Xəbər 401 dəfə oxundu.