Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi AFFA-da yad edilib
Dekabrın 4-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizin bütün ərazisində olduğu kimi, AFFA-da çalışan əməkdaşlar da Azərbaycan Ordusunun şəhidlik zirvəsinə ucalan 2783 hərbi qulluqçusunun əziz xatirəsini ehtiramla anıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin.

Xəbər 444 dəfə oxundu.