“Qarabağ” klubu UEFA-nın reytinqində geriləyib
Futbol klublarının UEFA reytinqi açıqlanıb.

Avrokubokların qrup mərhələsinin V turundan sonra cədvəldə bəzi dəyişikliklər olub. Bu, Avropanın ən yaxşı 100 komandası sırasında yer alan yeganə Azərbaycanın təmsilçisi “Qarabağ”dan da yan keçməyib. Aktivində 21,000 xal olan Qurban Qurbanovun yetirmələrinin də mövqeyi dəyişib.

Ötən həftə Niderlandın “Feyenoord” və Rumıniyanın “Styaua” klubu ilə birlikdə 65-67-ci yerləri bölüşən Ağdam təmsilçisi bir pillə geriləyib. İstanbulda Təl-Əviv “Makkabi”si ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” artıq 66-68-ci yerləri əvvəlki şərikləri ilə bölüşür.

Qeyd edək ki, reytinqə 125,000 xala malik Almaniyanın “Bavariya” komandası başçılıq edir.

Xəbər 386 dəfə oxundu.