Polşa yığması şahmat üzrə ilk Paralimpiadanın qalibi olub
FIDE-nin təşkil etdiyi şahmat üzrə ilk Paralimpiada başa çatıb.

Əlilliyi olan şahmatçılar arasında onlayn formatda keçirilən yarışın finalında Rusiya yığmasına qalib gələn Polşa komandası birinci yeri tutub. Ukraynanın üçüncü komandası isə bürünc medala sahib olub.

Qeyd edək ki, Paralimpiadada heyətində Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayevanın yer aldığı Azərbaycan yığması da çıxış edib. Komandamız seçmə turnirdə 44-cü yeri tutmaqla pley-ofdan kənarda qalıb.

Xəbər 380 dəfə oxundu.