“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub
Bakının “Sabah” klubunun daha 5 futbolçusu koronavirusa yoluxub.

Bunlar Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembadır. Bundan əvvəl isə Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Rodriqesdə virus aşkarlanıb. Testlərinin cavabları keçən həftə pozitiv çıxan bu 3 oyunçu yenidən test verəcək.

Qeyd edək ki, kütləvi yoluxma səbəbindən Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilməli olan 3 görüş təxirə salınıb. Bu oyunların içərisində dekabrın 5-də keçirilməsi nəzərdə tutulan “Sabah” – “Neftçi” qarşılaşması da var idi.

Xəbər 418 dəfə oxundu.