“Keşlə”də 10 futbolçu koronavirusa yoluxub
Bakının “Keşlə” klubunda 10 futbolçu koronavirusa yoluxub.

Bu, sonuncu testlərdən sonra müəyyənləşib. Adları açıqlanmayan oyunçular karantinə alınıb.

Qeyd edək ki, "Keşlə" Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 5-də “Səbail”lə qarşılaşmalı idi, lakin görüş qeyri-müəyyən müddətə təxirə salınıb.

Xəbər 330 dəfə oxundu.