“Könüllülər və vətənpərvərlik” mövzusunda onlayn seminar təşkil edilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdmançıları” İctimai Birliyi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə "Könüllülər və vətənpərvərlik" mövzusunda onlayn seminar keçirilib.

Könüllülər dekadası çərçivəsində təşkil edilmiş tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, rayon nümayəndələri və könüllülər iştirak ediblər.

Müzakirə şəklində keçirilən seminarda Raqif Abbasov könüllülükdə gənclərin rolu mövzusunda çıxış etdi. “Könüllülər ili” ilə ölkəmizdə könüllülüyün inkişafında yeni mərhələnin əsasının qoyulduğunu deyən R.Abasov cəmiyyət və müxtəlif qurumların bu sahəyə diqqət ayırdıqlarını və bu hərəkatın daha geniş vüsət almasına şərait yaradıldığını gənclərin diqqətinə çatdırıb. İşğal altında olan torpaqlarımızın azad edilməsi zamanı müxtəlif peşə sahiblərinin vətən borclarını ödəmək üçün könüllü olaraq səfərbərlik xidmətinə yazılması vətənpərvərlik tərbiyəsinin bariz nümunəsi idi. Bu cəhətdən arxa cəbhədə digər gənclərimiz də Qarabağ həqiqətlərini və düşmən təxribatlarını dünyaya çatdıraraq fəallıq göstərirdilər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vətənpərvərliyin özəyini təşkil edən könüllülüyün insanın öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə bağlılıqdan irəli gəldiyini vurğulayıb.
Sonra iştirakçıların sualları cavablandırılıb.

Xəbər 375 dəfə oxundu.