Gələn ilin fevralında Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək
Beynəlxalq Cüdo Federasiyası “Böyük dəbilqə” turnirlərindən birinin 2021-ci ilin fevralında İsraildə keçirilməsinə qərar verib.

İsrail Cüdo Federasiyasının prezidenti Moşe Ponte bu barədə “The Jerusalim Post” agentliyinə müsahibəsində bildirib.

O deyib ki, paytaxt Təl-Əvivdə keçiriləcək bu nüfuzlu turnir “Tokio-2020”yə lisenziya xarakterli həlledici yarışlardan biri olacaq.

Qeyd edək ki, son iki ildə İsraildə cüdo üzrə iki Qran-Pri turniri keçirilib. Bu ölkə 2018-ci ildə Avropa çempionatına ev sahibliyi edib.

Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Pandemiya səbəbindən yarış bir il təxirə salınıb və 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər 441 dəfə oxundu.