ABŞ Milli Basketbol Assosiasiyası 48 idmançının koronavirusa yoluxduğunu açıqlayıb
ABŞ Milli Basketbol Assosiasiyası (MBA) koronavirusa yoluxan idmançıların sayını açıqlayıb.

Bu barədə yarışın rəsmi saytında yerləşdirilən məlumatda ümumilikdə 546 basketbolçunun koronavirus testindən keçdiyi bildirilib. Onlardan 48-nin testinin nəticəsi pozitiv olub.

Xatırladaq ki, MBA-nın yeni mövsümü dekabrın 22-də start götürəcək.

Xəbər 474 dəfə oxundu.