“Karyeram ərzində oynadığım matçların çoxuna avtobusla getmişik
“Karyeram ərzində oynadığım matçların çoxuna avtobusla getmişik. Lakin müəyyən istisnalar da olub”. İdman.com.az saytının məlumatına görə, bu sözləri ukraynalı futbol veteranı Roman Zub deyib.

45 yaşlı veteran vətənində verdiyi müsahibədə zəngin karyerasından danışıb. 2001/02 mövsümündə “Neftçi”də çıxış edən dayaq yarımmüdafiəçisi həmin dövrü xatırlamasa da Azərbaycandan danışmağa mövzu tapıb: “1990-cı ildə hələ SSRİ çempionatında bufer zonası olan vaxt bəzən təyyarədən istifadə edirdik. Bu daha çox Azərbaycan səfərlərində lazım olurdu. Müstəqillik vaxtında isə yalnız 1 dəfə təyyarə ilə oyuna getmişik. Bu da Luqansk səfərində olub”.

Qeyd edək ki, Zub Azərbaycan çempionatında 3 oyun keçirib.

Xəbər 982 dəfə oxundu.