“Kəpəz” klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb
AFFA-nın İntizam Komitəsi Gəncənin “Kəpəz” futbol klubunun baş məşqçisi Yaşar Vahabzadəni 5 oyunluq cəzalandırıb.

Komitənin keçirilən iclasında bu barədə qərar verilib.

Baş məşqçi Birinci divizionun yeddinci turunda “Turan Tovuz”la oyunda (2:3) hakimi təhqir etdiyi üçün bu cəzaya məruz qalıb. Gəncə təmsilçisi buna görə 400 manat cərimə olunub.

Xəbər 416 dəfə oxundu.