“Qəbələ” yetirməsi Samir Qurbanovu icarəyə verib
“Qəbələ” futbol klubu yetirməsi Samir Qurbanovu icarəyə verib.

19 yaşlı cinah yarımmüdafiəçisi karyerasını Birinci Divizionda davam etdirəcək. Belə ki, “Kəpəz” futbolçunu icarəyə götürüb. O, cari mövsümün sonunadək Gəncə klubunun formasını geyinəcək.

Xatırladaq ki, futbolçu keçən il Çexiyanın “Viktoriya Jijkov” klubuna keçsə də, orda çox qalmayıb. Bu il ölkəyə qayıdan U-19 yığmamızın üzvünün adı cari mövsüm “Qəbələ”nin iştirak ərizəsində olsa da, debüt etməyib.

Xəbər 406 dəfə oxundu.