“Zirə” klubunun futbolçuları təcrid olunub
Son vaxtlar koronavirusa yoluxma hallarının artmasını nəzərə alan “Zirə” futbol klubu təhlükəsizlik tədbirlərini gücləndirib.

Qəsəbə təmsilçisi öz bazasında tam təcrid olunub. Komandanın qış fasiləsinədək burada qalacağı bildirilir. Buna səbəb futbolçuların başqaları ilə ünsiyyətdə olmasını və yoluxma riskini minimuma endirməkdir.

Xatırladaq ki, “Zirə” klubunda məşqçi Eltun Yaqublu, futbolçulardan Ali Sesay, Klesio Bauk və Kərim Diniyev koronavirusa yoluxublar. Ali Sesay və Klesio Bauk artıq sağalıblar.

Xəbər 412 dəfə oxundu.