Mik Şumaxer gələn il Formula 1-də debüt edəcək
Yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer Formula 1-də çıxış edəcək.

Gənc pilot "Hass" komandası ilə müqavilə imzalayıb. İyirmi bir yaşlı pilot gələn ildən Formula 1 yarışlarına qatılacaq.

Qeyd edək ki, Mik Şumaxer indiyədək Formula 2-də “Prema Racing” komandasının heyətində iştirak edib.

Xəbər 347 dəfə oxundu.