Luis Hamiltonu Formula 1 Sahir Qran-Prisində Corc Rassel əvəz edəcək
Britaniyalı pilot Corc Rassel Formula 1 Sahir Qran-Prisini “Mercedes” komandasının heyətində keçirəcək.

Pilot koronavirusa yoluxmuş yeddiqat dünya çempionu Luis Hamiltonu əvəzləyəcək. “Williams” komandasında isə C.Rasselin əvəzinə Cek Eytken sükan arxasına keçəcək.

“Mercedes” komandasına təşəkkürünü bildirən C.Rassel deyib: “Düzdür, heç kim Luis Hamiltonu əvəz edə bilməz. Ancaq çalışacağam ki, komandaya kömək edim. Böyük həyəcanla Sahir Qran-Prisini gözləyirəm”.

Qeyd edək ki, Formula 1 Sahir Qran-Prisi dekabrın 6-da Bəhreyndə təşkil olunacaq.

Xəbər 408 dəfə oxundu.