“Qarabağ”ın futbolçusu Mahir Emrelidə koronavirus aşkarlanıb
Ağdamın “Qarabağ” klubunun futbolçusu Mahir Emrelidə koronavirus aşkarlanıb.

23 yaşlı hücumçunun testi müsbət çıxıb.

Emreli bu səbəbdən Avropa Liqasının IV tur matçı üçün İstanbula yollanmayıb.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Xəbər 283 dəfə oxundu.