Cavid Hüseynov Türkiyədə də ənənəsinə sadiq qalacaq
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Cavid Hüseynov Türkiyədə də ənənəsinə sadiq qalacaq. İdman.com.az saytının məlumatına görə gənc yarımmüdafiəçi yenicə müqavilə bağladığı TFF birinci liqa təmsilçisi “Adana Dəmirspor”da 25 nömrəli forma altında çıxış edəcək.

Cavid “Neftçi”də son olaraq, “11” nömrə altında mübarizə aparsa da, onun ənənəvi nömrəsi 25-di.

Qeyd edək ki, Hüseynov yeni komandasının hazırlığına bu gün Boluda qoşulacaq.

Xəbər 979 dəfə oxundu.