“Fənərbağça” klubu ciddi itki ilə üzləşib
Türkiyənin “Fənərbağça” futbol klubu ciddi itki ilə üzləşib.

İstanbul təmsilçisinin argentinalı yarımmüdafiəçisi Dieqo Perotti sıradan çıxıb.

Yarımmüdafiəçi Superliqanın X turunda “Beşiktaş”la (3:4) matçın 37-ci dəqiqəsində zədələnib. Futbolçunun dizindən aldığı zədə ciddidir. Onun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, D.Perotti “Fənərbağça”ya 2020-ci ilin yayında İtaliyanın “Roma” komandasından transfer olunub.

Xəbər 404 dəfə oxundu.