“Sabah” klubu Premyer Liqada 50-ci qolunu vurub
Bakının “Sabah” futbol klubu Premyer Liqada 50-ci qolunu vurub.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, yubiley XI turun “Keşlə” ilə oyununa (1:1) təsadüf edib. Görüşün 60-cı dəqiqəsində hesabı açan Kevin Kubemba klub tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

“Sabah” 50-ci qolu Premyer Liqada keçirdiyi 59-cu matçda vurub. Bakı təmsilçisi evdə 27, səfərdə 23 dəfə fərqlənib. Klub 2018-2019-cu il mövsümündə 20, 2019-2020-ci il mövsümündə 19, cari çempionatda 11 dəfə fərqlənib.

Qeyd edək ki, “Sabah”ın ilk qolunu Marko Deviç 2018-ci il avqustun 18-də “Keşlə” ilə matçda (1:0) vurub.

Xəbər 531 dəfə oxundu.