Avropa Cüdo İttifaqının konqresi keçiriləcək
Dekabrın 16-da Avropa Cüdo İttifaqının (EJU) konqresi keçiriləcək.

EJU-nun prezidenti Sergey Soloveyçik milli federasiyalara müraciət edərək yeni bir reallığa hazırlaşdıqlarını bildirib. O, qeyd edib ki, Avropa cüdoçuları artıq olimpiadaya hazırlıqlarını pandemiya ilə əlaqədar mövcud çətin şərtlərə uyğunlaşdırıblar.

Bildirib ki, EJU uşaq cüdosunun inkişafına və kütləvi məhdudiyyətlər dövründən sonra müxtəlif turnirlərin keçirilməsinə xüsusi diqqət ayırmağı planlaşdırır.

Qeyd edək ki, onlayn formatda keçiriləcək konqresdə Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi də iştirak edəcək.

Xəbər 684 dəfə oxundu.