“Makkabi” klubu “Qarabağ”la matça itkilərlə çıxacaq
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Ağdamın “Qarabağ” komandasının qonağı olacaq İsrailin “Makkabi” klubu matça itkilərlə çıxacaq.

Cəzalı olduğu üçün Enrik Saborit oyunda iştirak etməyəcək. İspaniyalı müdafiəçi “Vilyarreal”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Bundan başqa, İsrail mətbuatı “Vilyarreal”la oyunda zədələnən yarımmüdafiəçi Dan Qlazerin də Ağdam klubu ilə görüşdə iştirak edə bilməyəcəyini yazıb.

Qeyd edək ki, dekabrın 3-də İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Xəbər 291 dəfə oxundu.