“Qarabağ”ın legioneri Kevin Medina Kolumbiya millisinə çağırıla bilər
Ağdamın “Qarabağ” futbol klubunun legioneri Kevin Medina Kolumbiya millisinə çağırıla bilər.

Kolumbiya millisinin baş məşqçisi Karluş Keyruş futbolçu ilə maraqlanmağa başlayıb. Məhz bu səbəbdən təcrübəli mütəxəssis yığmanın növbəti təlim-məşq toplanışlarına müdafiəçini də çağırmağı düşünür.

Qeyd edək ki, cari mövsümün əvvəlində Ağdam klubuna transfer olunan 27 yaşlı Medina bunadək milli komandaya dəvət almayıb.

Xəbər 544 dəfə oxundu.