Azərbaycan voleybolçusu Türkiyə klubunda baxışdadır
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Olena Həsənova karyerasını Türkiyədə davam etdirə bilər.

Blokçu “Türk Hava Yolları” klubunun heyətinə cəlb edilib.

İyirmi beş yaşlı voleybolçu İstanbul təmsilçisinin heyətində məşqlərə başlayıb. Son klubu “Volero Le Kann” olan O.Həsənova Türkiyə təmsilçisində baxışdadır. Voleybolçu özünü yaxşı tərəfdən göstərsə, Sultanlar Liqası təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 19 turdan sonra 41 xala malik “Türk Hava Yolları” üçüncü pillədə qərarlaşıb.

Xəbər 433 dəfə oxundu.