Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun təqvimi açıqlanıb
Noyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun təqvimi açıqlanıb.

İki günü əhatə edəcək tura dekabrın 5-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Səbail” oyunu ilə start veriləcək. Matç saat 14:00-da başlayacaq.

Turun ikinci görüşü həmin gün “Bank Respublika Arena”da oynanılacaq. “Sabah” klubu doğma meydanda “Neftçi” komandasını qəbul edəcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Daha iki görüş dekabrın 6-da baş tutacaq. Qəbələ şəhər stadionunda “Qəbələ” komandası “Qarabağ” klubunu qəbul edəcək. Oyun saat 14:00-da başlayacaq.

Turun son oyunu isə Zirə İdman Kompleksinin stadionunda “Zirə” və “Sumqayıt” komandaları arasında təşkil olunacaq. Hakimin start fiti saat 16:00-da eşidiləcək.

XII turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On bir turdan sonra turnir cədvəlinə 19 xalla “Qarabağ” və “Zirə” klubları başçılıq edir. “Neftçi” 18 xalla üçüncü, “Sumqayıt” isə 15 xalla dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Keşlə” (13), “Sabah” (10), “Səbail” (10) və “Qəbələ” (8) klubları qərarlaşıblar.

Xəbər 480 dəfə oxundu.