Azərbaycan atıcısı Ruslan Lunyov açıq Polşa turnirində qızıl medal qazanıb
Polşanın Belostok şəhərində güllə atıcılığı üzrə açıq turnirdə Azərbaycan təmsilçisi Ruslan Lunyov qızıl medal qazanıb.

Yığma komandamızın üzvü 10 metr məsafəyə atəşaçma yarışında 241,7 xalla birinci yeri tutub.

Qeyd edək ki, R.Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.

Xəbər 483 dəfə oxundu.