“Neftçi”nin sabiq prezidenti “Başakşehir”–“Leyptsiq” oyununa təyinat alıb
Bakının “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.

O, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Başakşehir” (Türkiyə) – “Leyptsiq” (Almaniya) matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Xəbər 399 dəfə oxundu.