Hin Min Son İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu seçilib
İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu məlum olub.

Bu nominasiyanın sahibi “Tottenhem”in Koreya Respublikasından olan hücumçusu Hin Min Son olub.

Qeyd edək ki, 28 yaşlı koreyalı oyunçu ötən ayın da futbolçusu seçilmişdi. Hücumçu, ümumilikdə 4 dəfə İngiltərə Premyer Liqasında ayın oyunçusu adına layiq görülüb.

Xəbər 459 dəfə oxundu.