Azərbaycan velosipedçisi Türkiyə klubuna keçib
Ölkəmizin şose velosipedi üzrə elit yığma komandasının lider idmançısı, Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanın idman şərəfini qoruyacaq Elçin Əsədov Türkiyənin “Salcano Sakarya” kontinental klubuna keçib.

Bununla bağlı qardaş ölkə təmsilçisi “Can Azerbaycan`dan kardeşimiz Elçin ASADOV yeni takımına hoş geldin” başlığı ilə sosial media hesablarında paylaşım edib.

2020-ci ili “Bahrain Cycling Academy” kontinental komandasının heyətində keçirən E.Əsədova Bəhreyn təmsilçisindən daha 1 illik müqavilə təklif edilsə də, idmançımızın Olimpiya Oyunlarına daha yaxşı hazırlıq şərtləri baxımından seçimi Türkiyə klubu olub.

Xəbər 473 dəfə oxundu.